Modern.az

Türkiyədən Zəngəzur dəhlizi ilə bağlı VACİB AÇIQLAMA

Türkiyədən Zəngəzur dəhlizi ilə bağlı VACİB AÇIQLAMA

Aktual

26 Oktyabr 2025, 20:41

Zəngəzur Dəhlizi (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP) Orta Dəhlizin ötürücülük qabiliyyətini artıracaq.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

 

Nazirin sözlərinə görə, Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolunun potensialından tam istifadə olunması istiqamətində aparılan işlərlə yanaşı, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında yeni marşrutun açılması üçün də zəruri addımlar atılır.

 

Uraloğlu xatırladıb ki, Qarsdan Naxçıvanın sərhədinədək uzanan 224 kilometrlik dəmir yolunun tikintisinə artıq başlanılıb. O vurğulayıb ki, BTQ-dən fərqli olaraq, Qars–Dilucu dəmir yolu iki xəttdən ibarət olacaq və bu, yükdaşımaların həcmini əhəmiyyətli dərəcədə artıracaq.

 

Nazir əlavə edib ki, Azərbaycanda nəqliyyat infrastrukturunun bərpası və modernləşdirilməsi istiqamətində işlər davam edir, bu layihələrin böyük hissəsi isə artıq tamamlanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mehdiyev olayıyla bağlı ŞOK - 200-ə yaxın adam istintaqa çağırıldı