Modern.az

Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyinin nümayəndə heyəti MÜSİAD Azərbaycanı ziyarət edib

Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyinin nümayəndə heyəti MÜSİAD Azərbaycanı ziyarət edib

Aktual

27 Oktyabr 2025, 10:53

Türkiyə Respublikasının əmək və sosial müdafiə nazirinin müavini Ahmet Aydın və onu müşayiət edən nümayəndə heyəti MÜSİAD Azərbaycan dərnək mərkəzini ziyarət edib.

Modern.az xəbər verir ki, görüşdə MÜSİAD Azərbaycan İdarə Heyəti sədrinin birinci müavini Hüseyin Yapar, İdarə Heyəti üzvləri Azər Göyüşov, Elvin Əliyev, Remzi Mişeli, eləcə də Gənc MÜSİAD Azərbaycan sədri Akif Başoğlu iştirak ediblər.

İdarə Heyəti sədrinin birinci müavini Hüseyin Yapar dərnəyin fəaliyyəti, həyata keçirilən layihələr və strateji hədəflər barədə geniş məlumat verib. O, 2018-ci ildən etibarən aktiv fəaliyyətə başlayan MÜSİAD Azərbaycanın “qardaşlıq şüurunu ortaqlıq mədəniyyəti ilə birləşdirərək qlobal iqtisadiyyatın fəal iştirakçısı olmaq” vizyonu ilə fəaliyyət göstərdiyini, Azərbaycan-Türkiyə arasında müəyyən edilmiş illik 15 milyard dollarlıq ticarət həcmi hədəfinə töhfə vermək üçün ardıcıl şəkildə çalışdıqlarını və Azərbaycanın strateji mövqeyi və iqtisadi gücü sayəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələr üçün mühüm ticarət körpüsü rolunu oynadığını bildirib.

Görüşdə Hüseyin Yapar, Azərbaycanda fəaliyyət göstərən türk şirkətlərinin rəhbərləri, menecerləri və işləmək üçün gələn türk vətəndaşlarının üzləşdiyi bir sıra problemlər, eləcə də Türkiyəyə işləmək məqsədilə gedən Ahıska türklərinin iş icazəsi və sığorta stajı günlərinin yetərsizliyi ilə bağlı yaşadıqları çətinliklər barədə məlumat verib.
Nazir müavini Ahmet Aydın bu məsələlərin həlli istiqamətində Nazirlik tərəfindən müəyyən işlərin görüldüyünü və problemlərin tam aradan qaldırılması üçün əlavə tədbirlərin planlaşdırıldığını qeyd edib.

O, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən yaxın günlərdə imzalanmış sərəncam sayəsində türksoylu əcnəbilərin hüquqi statusunun təkmilləşdirildiyini və bu qərarın onların həm dövlət, həm də özəl sektorda daha rahat şəkildə işləməsinə şərait yaradacağını bildirib. Həmçinin, bu sərəncamın Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əmək bazarının inteqrasiyasına mühüm töhfə verəcəyi qeyd olunub.

Görüş zamanı Azərbaycan və Türkiyə arasında sosial təminat sahəsində əməkdaşlığa dair mövcud sazişin təkmilləşdirilməsi istiqamətində də fikir mübadiləsi aparılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Gürcüstanda ARA QARIŞDI - Minlərlə insan küçələrə axışdı