Modern.az

Millimiz Kosovo ilə qarşılaşacaq

Millimiz Kosovo ilə qarşılaşacaq

Aktual

27 Oktyabr 2025, 11:12

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün ikinci oyununa çıxacaq.

Modern.az xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan yığma Kosovonun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Moldovanın Vadul lui Voda şəhərində yerləşən Millilərin Hazırlıq Mərkəzində keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

U-17 ilk matçında Uelsə 0:7 hesabı ilə məğlub olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Gürcüstanda ARA QARIŞDI - Minlərlə insan küçələrə axışdı