Modern.az

BMU tələbəsi Beynəlxalq Kimya Olimpiadasında gümüş medal qazanıb

BMU tələbəsi Beynəlxalq Kimya Olimpiadasında gümüş medal qazanıb

Aktual

27 Oktyabr 2025, 14:40

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri - Məhəmməd Cavadzadə, Əli Mehtizadə, İsmayıl Əhmədov və Nihad Qasımov Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən IV Beynəlxalq Kimya Olimpiadasında (IChO) uğurla çıxış ediblər.

Bu barədə Modern.az-a BMU-dan məlumat verilib. Rusiya, Çin, İran, Yaponiya, Rumıniya, Azərbaycan, Qazaxıstan, Özbəkistan, ümumilikdə 13 ölkədən 40-dan artıq nüfuzlu universitet, 300-dən artıq tələbənin iştirak etdiyi yarışmada BMU-nun “Kimya mühəndisliyi” ixtisasının III kurs tələbəsi Məhəmməd Cavadzadə gümüş medala layiq görülüb.

Beynəlxalq Kimya Olimpiadası istedadlı gənclərin bilik və bacarıqlarını nümayiş etdirdiyi, eləcə də elmi potensialın inkişafına töhfə verən önəmli yarışlardan biridir. BMU tələbələrinin olimpiadada uğurla çıxış etməsi və II yeri tutması ali təhsil ocağında elmi hazırlığın yüksək səviyyəsini, tələbələrin peşəkar inkişafına göstərilən dəstəyi bir daha təsdiqləyir.

Tədbir çərçivəsində dostluq və mədəni əməkdaşlıq ruhunda maraqlı proqram da təqdim olunub. Türkmənistanlı tələbələrin ifasında nümayiş etdirilən milli Azərbaycan rəqsləri iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Gürcüstanda ARA QARIŞDI - Minlərlə insan küçələrə axışdı