Modern.az

Baş həkimlərin maaşı 3 dəfə ARTACAQ

Baş həkimlərin maaşı 3 dəfə ARTACAQ

Aktual

27 Oktyabr 2025, 16:03

Nazirlər Kabineti Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin əməkhaqlarının artırılması haqqında qərar verob.

Modern.az-ın xəbərinə görə, qərara əsasən, Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına aşağıdakı artım əmsalları tətbiq ediləcək:

1.1. baş həkim – 3,0 dəfə;

1.2. baş mühasib, həkim-pediatr, musiqi rəhbəri, baş tərbiyəçi, tərbiyəçi, həkim diyetoloq – 2,5 dəfə;

1.3. baş tibb bacısı, böyük tibb bacısı (qardaşı), psixoloq, hüquq məsləhətçisi, mühasib – 2,0 dəfə;

1.4. təsdiq edilmiş mövcud ştat vahidinə uyğun olaraq digər vəzifələr – 1,5 dəfə.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərarın 1-ci hissəsindən irəli gələn məsələləri həll etsin.

3. Bu Qərar 2025-ci il avqustun 1-dən tətbiq edilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Gürcüstanda ARA QARIŞDI - Minlərlə insan küçələrə axışdı