Modern.az

Millimiz Qazaxıstana qalib gəldi

Millimiz Qazaxıstana qalib gəldi

Aktual

27 Oktyabr 2025, 15:42

Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoldaşlıq görüşünü keçirib.

Modern.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv yenidən Qazaxıstan seçməsi ilə qarşılaşıb.

Şımkənt şəhər stadionunda təşkil olunan oyun yığmamızın minimal hesablı qələbəsi ilə bitib. Qarşılaşmada yeganə qolu 82-ci dəqiqədə Nigar Mirzəliyeva vurub.

Qeyd edək ki, bu komandalar arasında oktyabrın 24-də keçirilən ilk matçda da Azərbaycan millisi qalib gəlmişdi. Həmin qarşılaşma 2:1 hesabı ilə başa çatmışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Gürcüstanda ARA QARIŞDI - Minlərlə insan küçələrə axışdı