Modern.az

Sumqayıtın bir hissəsində su kəsiləcək

Sumqayıtın bir hissəsində su kəsiləcək

Aktual

27 Oktyabr 2025, 16:30

Sabah Sumqayıt şəhərinin bir sıra ərazilərində aparılan təmir-tikinti işləri ilə əlaqədar içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

Modern.az bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir.

Bildirilib ki, sabah səhər saatlarından axşam saatlarınadək Kotec və Kimyaçılar qəsəbələri, Bulvar ərazisi, 26-cı məhəllə, Xəzər bağları, həmçinin 7, 8 və 12-ci məhəllələrin bir hissəsi içməli su ilə təmin edən magistral xətdə təmir-tikinti işləri aparılacaq. Bu səbəbdən həmin ərazilərdə suyun verilməsi dayandırılacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Gürcüstanda ARA QARIŞDI - Minlərlə insan küçələrə axışdı