Modern.az

Xaçmazda 27 kəndin qaz təchizatı DAYANDIRILDI

Xaçmazda 27 kəndin qaz təchizatı DAYANDIRILDI

Aktual

28 Oktyabr 2025, 09:39

Xaçmazın Qusarçay kəndi istiqamətində istismarda olan qaz xətti naməlum avtomobil tərəfindən vurularaq qırılıb.

Modern.az xəbər verir ki, qəza ilə əlaqədar rayonun 27 kəndində 6500-dən çox abonentə qazın verilməsi dayandırılıb.

Xaçmaz Regional Qaz İstismarı İdarəsindən bildirilib ki, ortatəzyiqli yeratı polietilen qaz xəttindən ayrılan 159 mm-lik qaz xətti hazırda təmir olunur. Günün ikinci yarısında kəndlərə təbii qazın verilməsi nəzərdə tutulub.

Faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.

Sizə yeni x var
Keçid et
Mehdiyev rus ordusunu Bakıda qarşılayacaqdı