Modern.az

Gəncədə həkim vəfat etdi

Gəncədə həkim vəfat etdi

28 Oktyabr 2025, 11:54

Uzun illər Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan akademik Z.Məmmədov adına xəstəxananın Oftalmoloji şöbəsində çalışan Tapdıq Məmmədov vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə Gəncə Şəhər Birləşmiş Xəstəxanası məlumat yayıb.

Bildirilib ki, Tapdıq Qara oğlu Məmmədov 1960-cı ildə Gəncə şəhərində anadan olub. 1983-cü ildən Oftalmoloji şöbədə fəaliyyət göstərib. 1998-2006-cı illərdə isə şöbənin müdiri vəzifəsində çalışıb.

Gəncə səhiyyəsində böyük xidmətləri olan Tapdıq Məmmədov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Sizə yeni x var
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?