Modern.az

Bakıda saxlanılan ruslarla bağlı YENİ QƏRAR

Bakıda saxlanılan ruslarla bağlı YENİ QƏRAR

Aktual

28 Oktyabr 2025, 16:28

Bakıda saxlanılan Rusiya vətəndaşlarının həbsi uzadılıb. Səbail Rayon Məhkəməsi onların barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini daha üç ay artırıb.

Modern.az xəbər verir ki, bu barədə saxlanılanlardan Dmitri Fyodorovun vəkili Elçin Sadıqov məlumat verib.

Rusiya vətəndaşları Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən əməliyyat zamanı saxlanılıblar. Onların İran vasitəsilə ölkəyə gətirilən narkotik vasitələrin tranziti və dövriyyəsi, həmçinin kiberfırıldaqçılıq halları ilə əlaqədar araşdırıldığı bildirilir.

Xatırladaq ki, 1 iyul tarixində Səbail Rayon Məhkəməsi həmin şəxslər barəsində dörd aylıq həbs qətimkan tədbiri seçmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır