Modern.az

Əli Əsədov Belarusun Baş nazirinin müavini ilə görüşdü

Əli Əsədov Belarusun Baş nazirinin müavini ilə görüşdü

Aktual

28 Oktyabr 2025, 14:10

Bu gün Baş nazir Əli Əsədov Belarus Baş nazirinin müavini, iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın həmsədri Natalya Petkeviçlə görüşüb.

Bu barədə Modern.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə Azərbaycan-Belarus dövlətlərarası münasibətlərinin hərtərəfli inkişafından məmnunluq ifadə olunub, iki ölkənin prezidentlərinin fəal dialoqunun və birgə səylərinin bu inkişafı təmin edən əsas faktor olduğu bildirilib.
Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Bakıda keçirilmiş 15-ci iclasının əhəmiyyəti vurğulanıb.

Görüşdə Azərbaycan ilə Belarus arasında müxtəlif istiqamətlərdə, o cümlədən ticarət-iqtisadi, sənaye kooperasiyası, aqrar, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri müzakirə olunub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mehdiyevin şəbəkəsi İFŞA OLUNDU - 50 nəfərlik şok siyahı