Oktyabrın 28-də Şabran rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarovanın təşəbbüsü, Milli Məclis və Vəkillər Kollegiyasının birgə əməkdaşlığı ilə aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım aksiyası həyata keçirilib.
Modern.az xəbər verir ki, aksiya çərçivəsində Milli Məclisin deputatı Mahir Süleymanlı, Yeni Azərbaycan Partiyası (YAP) Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, Şabran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn İlyasov, Milli Məclis Aparatının sektor müdiri Cahid Məmmədovun iştirakı və Vəkillər Kollegiyasının dəstəyi ilə aztəminatlı və hüquqi yardıma ehtiyacı olan vətəndaşlara zəruri hüquqi dəstək göstərilib.