Rusiya-Ukrayna müharibəsində daha iki azərbaycanlı həlak olub.
Modern.az xəbər verir ki, 1998-ci il təvəllüdlü Əliyev Mehdi Yolçu oğlu və 1978-ci il təvəllüdlü Quliyev Emin Ziyad oğlu döyüşdə həyatını itirib.
Hər ikisi əslən Gədəbəy rayonunun Novoivanovka kəndindəndir. Onlar uzun müddət idi Rusiyada yaşayırdı və bu ölkənin ordusunun sıralarında döyüşə qatılmışdı. (Mənbə: Unikal)

