Modern.az

Naxçıvanda evdən pul oğurlayan qadın saxlanıldı

Naxçıvanda evdən pul oğurlayan qadın saxlanıldı

Aktual

28 Oktyabr 2025, 17:04

Naxçıvan Muxtar Respublikası (MR) Babək rayonunda evdən oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb.

Modern.az xəbər verir ki, Babək Rayon Polis İdarəsinə rayon ərazisində yerləşən yaşayış evlərinin birindən pul oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən 24 yaşlı Göyərçin Sadiqova qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla G.Sadiqovanın qanunsuz yolla evə daxil olaraq oradan 1500 manat pul, 700 ABŞ dolları oğurladığı məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mehdiyevin şəbəkəsi İFŞA OLUNDU - 50 nəfərlik şok siyahı