Modern.az

Berlin Türk-Alman İşverənlər Birliyində Marsol Groupun nümayəndələri görüşüb - FOTO

Berlin Türk-Alman İşverənlər Birliyində Marsol Groupun nümayəndələri görüşüb - FOTO

Aktual

28 Oktyabr 2025, 17:08

Azərbaycanlı sahibkarların beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi və Avropa bazarlarında əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə həyata keçirilən Marsol Group-un Avropa səfəri çərçivəsində 26 oktyabr tarixində Almaniyanın paytaxtı Berlində növbəti işgüzar görüş baş tutub.

Modern.az xəbər verir ki, səfər Marsol Group partnyorlarının iştirakı ilə reallaşıb və Avropada biznes münasibətlərinin inkişafı, təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanlarının araşdırılması məqsədlərini daşıyıb.

Berlin mərhələsi çərçivəsində sahibkarlar Berlin Türk-Alman İşverənlər Birliyində (TDU) qonaq olublar. Görüş zamanı TDU-nun sədri Remzi Kaplan təşkilatın fəaliyyəti, Almaniyada işgüzar mühitin xüsusiyyətləri və türk iş adamlarının ölkə iqtisadiyyatındakı rolu barədə ətraflı məlumat verib.

Tədbirdə çıxış edən İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev İCMA və Marsol Group-un fəaliyyəti, həyata keçirilən layihələr və Avropa səfərinin məqsədləri barədə məlumat təqdim edib. O, səfərin əsas məqsədinin Azərbaycan sahibkarlarının beynəlxalq əlaqələrinin genişləndirilməsi, Avropa bazarlarına çıxış imkanlarının artırılması və qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi olduğunu vurğulayıb.

Görüşdə iştirak edən Marsol Group partnyorları, Almaniyada çalıșan azərbaycanlı və türkiyəli iş adamları da öz fəaliyyət istiqamətləri barədə məlumat verərək qarşılıqlı tanışlıq aparıblar. Müzakirələr zamanı Almaniyada biznesin inkişaf perspektivləri, iki ölkə sahibkarları arasında əməkdaşlıq və ortaq layihələrin reallaşdırılması imkanları müzakirə olunub.

Eyni zamanda, hər iki qurumun – Marsol Group və TDU-nun üzvü olan “Arter” şirkətinin rəhbəri Anar Nəbiyev də görüş zamanı Almaniyada biznes imkanları və sahibkarlıq mühiti ilə bağlı öz təcrübələrini bölüşüb.

Tərəflər belə görüşlərin Azərbaycan və Türkiyə iş dünyası nümayəndələri arasında biznes əlaqələrinin dərinləşməsinə və birgə təşəbbüslərin həyata keçirilməsinə mühüm töhfə verdiyini bildiriblər.

Tədbirin sonunda Berlin Türk-Alman İşverənlər Birliyi tərəfindən Marsol Group nümayəndə heyətinə xatirə hədiyyəsi təqdim olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mehdiyevin şəbəkəsi İFŞA OLUNDU - 50 nəfərlik şok siyahı