Modern.az

Birinci Qarabağ müharibəsi şəhidi dəfn edildi - FOTOLAR

Birinci Qarabağ müharibəsi şəhidi dəfn edildi - FOTOLAR

Aktual

28 Oktyabr 2025, 18:01

Bu gün Birinci Qarabağ müharibəsi şəhidi Quliyev Abdulla Novruz oğlunun Saray qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn mərasimi keçirilib.

Modern.az xəbər verir ki, mərasimdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Yasamal RİH başçısının müavini Orxan Məmmədov, YAP Abşeron Rayon Təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, mərhumun yaxınları, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib. 

Mərasimdə bildirilib ki, 26 oktyabr 1968-ci il təvəllüdlü Abdulla Quliyevin 8 may 1992-ci ildən Şuşa şəhərində itkin düşdüyü hesab olunurdu. Şanlı ordumuz tərəfindən işğaldan azad olunan torpaqlarımızda 33 ildən sonra tapılan şəhidin nəşi bu gün dərin ehtiramla torpağa tapşırılıb.

Dəfn mərasimində Azərbaycanın igid, qəhrəman oğullarının döyüş meydanlarında göstərdiyi şücaətlərdən, Vətən Müharibəsində əldə olunan şanlı qələbədən danışılıb. Bildirilib ki, Müzəffər  Ali Baş Komandan, Prezident  İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyəti və siyasi iradəsi ilə Azərbaycan düşmənə qalib gəlməklə ilahi ədaləti bərpa etdi, 30 illik vətən həsrətinə son qoyuldu. Hazırda işğaldan azad olunan torpaqlarımız bir-birinin ardınca surətli şəkildə yenidən qurulur və soydaşlarımız Qarabağda azad, təhlükəsizlik şəraitində yaşamağa başlayıblar. 

Mərasimdə şəhidin yaxınları da vurğulayıblar ki, hər zaman əzizləri Abdulla Quliyevin məzarının və ziyarət yerlərinin olmasını arzulayıblar.

 









Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mehdiyevin şəbəkəsi İFŞA OLUNDU - 50 nəfərlik şok siyahı