Modern.az

Monteneqroda saxlanılan azərbaycanlı ilə bağlı yeni faktlar

Monteneqroda saxlanılan azərbaycanlı ilə bağlı yeni faktlar

Aktual

28 Oktyabr 2025, 21:58

Monteneqroda yaşayan bir qrup azərbaycanlının günahsız yerə saxlanıldığı iddia olunur. Saxlanılan şəxslərdən biri - Anar Həsənov bildirib ki, hadisə Monteneqronun paytaxtı Podqoritsada yerli sakinin Türkiyə vətəndaşı tərəfindən bıçaqlanmasından sonra baş verib.

 

Modern.az Xəzər TV-yə istinadən xəbər verir ki, yerli sakinlər onların yaşadığı yataqxananı mühasirəyə alaraq daşlamağa başlayıblar və onlar dərhal polisə bu barədə məlumat veriblər. Monteneqro polisi gəldikdə isə aralarında azərbaycanlıların üstünlük təşkil etdiyi 45 nəfəri saxlayıb.

 

Anar Həsənov onu da iddia edir ki, saxlanılan digər şəxslər buraxılsa da, Yaqub Qurbanov adlı şəxsin ayaqqabısı şəhərdə baş verən bıçaqlanma hadisəsində iştirak edən adamın ayaqqabısına oxşadıldığından o, həbs edilib.

Sizə yeni x var
Keçid et
Mehdiyevin şəbəkəsi İFŞA OLUNDU - 50 nəfərlik şok siyahı