Modern.az

Azərbaycanda tikinti şirkəti müflis oldu

Azərbaycanda tikinti şirkəti müflis oldu

Aktual

29 Oktyabr 2025, 08:50

Azərbaycanda fəaliyyət göstərən "RS Construction" tikinti şirkəti müflis olub.

Modern.az xəbər verir ki, MMC müflis elan edilməsi üçün məhkəməyə müraciət edib.

Buna səbəb şirkətin borca düşməsidir.

Bakı Kommersiya Məhkəməsi noyabrın 18-də bununla bağlı işə baxacaq.  Qeyd edək ki, "RS CONSTRUCTİON" tikinti, memarlıq, planlaşdırma, interyer və eksteryer layihələrinin hazırlanması, müxtəlif dizaynda fərdi yaşayış evlərinin, villaların, koteclərin və müxtəlif qeyri - yaşayış sahələrinin tikintisinin aparılması, tam şəkildə təmiri, eləcə də qabaqcıl avadanlıqların quraşdırılması üzrə ixtisaslaşmış şirkətdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hafiz Hacıyev CANLIDA skandal adlar çəkir - Bu şəxslər həbs olunacaq