Modern.az

Rəşad Nəbiyev Çinin Sian şəhərinin meri ilə görüşüb - FOTO

Rəşad Nəbiyev Çinin Sian şəhərinin meri ilə görüşüb - FOTO

Aktual

29 Oktyabr 2025, 09:34

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Çin Xalq Respublikasının Sian şəhərinin meri Ye Niupinqlə görüşüb.

Modern.az məlumatına görə, bu barədə R. Nəbiyev öz sosial media hesabında paylaşım edib.

Nazir bildirib ki, görüş zamanı ölkələrimiz, xüsusilə də Sian vilayəti ilə Azərbaycan arasında dəmir yolu və ümumilikdə nəqliyyat sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.

"Həmçinin Sian şəhəri ilə birbaşa hava əlaqələrinin yaradılması imkanları, süni intellekt, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi apardıq. Bu məqsədlə müvafiq işçi qrupunun yaradılması barədə qərar verdik", - deyə R. Nəbiyev əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hafiz Hacıyev CANLIDA skandal adlar çəkir - Bu şəxslər həbs olunacaq