Modern.az

Bakı metrosunda ilk dəfə - bu kartla da ödəniş edə bilərsiniz

Bakı metrosunda ilk dəfə - bu kartla da ödəniş edə bilərsiniz

Aktual

29 Oktyabr 2025, 10:03

Bakı Metropolitenində ilk dəfə gediş haqqının bank kartları ilə təmassız ödənilməsi sistemi test rejimində istifadəyə verilib.

Modern.az-ın məlumatına görə, Metropolitendən bildirilib ki, hazırda layihə pilot versiyada “TələbəPlus” kartları ilə həyata keçirilir və ilk gündə 21 min uğurlu keçid qeydə alınıb.

Açıqlamada bir sıra xəbərdarlıqlar da edilib:

- Balansı olmayan kartlardan istifadə edildikdə kart bloklana bilər, keçiddən əvvəl balansınızı yoxlayın.

- Sınaq mərhələsində texniki problem yaranarsa, digər ödəniş üsullarından (məsələn, "BakıKart" ) istifadə tövsiyə olunur.

- Sual və rəylərinizi [email protected] ünvanına və ya Bakı Metropoliteninin sosial media hesablarına yaza bilərsiniz. 

Sizə yeni x var
Keçid et
Hafiz Hacıyev CANLIDA skandal adlar çəkir - Bu şəxslər həbs olunacaq