Modern.az

Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alındı - FOTO

Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alındı - FOTO

Aktual

29 Oktyabr 2025, 09:54

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 13 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.

Bu barədə Modern.az-a Ədliyyə Nazirliyindfən məlumat verilib.

Bildirilib ki, məhkuma həyat yoldaşı tərəfindən göndərilmiş bağlamaya baxış keçirilən zaman gödəkçənin cibində gizlədilmiş bükülülərdə 1,860 qram heroin və 0,498 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hafiz Hacıyev CANLIDA skandal adlar çəkir - Bu şəxslər həbs olunacaq