Modern.az

GDU-nun magistrantları elmi-tədqiqat müəssisələrində olublar

GDU-nun magistrantları elmi-tədqiqat müəssisələrində olublar

Aktual

29 Oktyabr 2025, 11:24

Gəncə Dövlət Universitetində Magistratura səviyyəsi üzrə  mütəxəssis hazırlığı proqramına uyğun olaraq, təhsil alan tələbələr mütəmadi qaydada aparıcı elmi-tədqiqat müəssisələrinə ezam edilir, bu elm ocaqlarında müasir laboratoriya şəraiti, elmi-tədqiqat metodları və qabaqcıl alimlərin iş təcrübələri ilə tanış olublar.

Modern.az xəbər verir ki, magistratura şöbəsinin Biologiya ixtisası üzrə 1-ci və 2-ci kurs tələbələri Vəliyeva Arzu Elsevər qızı, Ələsgərli Aysu Mərdan qızı, Hacıyeva Zeynəb Mayıl qızı, Rəhimova Almaz Vasif qızı, Məhərrəmova Bahar Səməndər qızı, Səlimova Sevinc İdrak qızı, Məmmədova Müjgan Sahib qızı, Tagıeva Mariana və Həsənova Mədinə Tural qızı, Botanika kafedrasının professoru Aynur Bayramova və həmin kafedranın dosenti Zərifə Tağıyevanın rəhbərliyi altında universitetimizlə sıx elmi əməkdaşlıq əlaqələri olan Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsində olublar.

Səfərdə məqsəd magistrantların elmi-tədqiqat mövzularına dair nəzəri və praktiki materiallarla tanış olmaları, təsdiq olunmuş iş planı əsasında təcrübələr həyata keçirmələri, ələdə etdikləri nəticələrin dissertasiya işində və elmi ədəbiyyatda əks etdirilməsi ilə bağlı mütəxəssislərin məsləhətlərini dinləmələri olmuşdur.

Magistrantlar Elmlər Akademiyasının dosent Cəfərova İlahə Abuzər qızının müşayiəti ilə Naftalan nefti və səthi aktiv maddələr laboratoriyasında, dosent Məmmədova Mehriban İsmayıl qızının müşayiəti ilə Fiziki kimyəvi analiz laboratoriyasında, dosent Qasımov İmran Qasım oğlunun müşayiəti ilə Boyaq emalı laboratoriyasında və dosent Süleymanova Aişə Baba qızının müşayiəti ilə Yağlar və məlhəmlər laboratoriyasında olmuş, burada praktiki iş təcrübəsi keçmiş və magistrlik dissertasiyalarının təcrübi hissəsində nəzərdə tutulan təcrübələr aparmışlar.

Daha sonra görülən işlər müzakirə olunmuş, alınmış eksperimental nəticələrin sistemləşdirilməsi və dissertasiya işində əks etdirilməsi qaydaları haqqında magistrantlara zəruri məlumatlar verilmişdir. Magistrantların elmi-tədqiqat işlərinin istehsalatda tətbiqi perspektivləri və gələcək planlar haqqında fikir mübadiləsi aparılmışdır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hafiz Hacıyev CANLIDA skandal adlar çəkir - Bu şəxslər həbs olunacaq