Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı, Şərqi Zəngəzur regional təhsil idarəsinin Kəlbəcər rayon 23 nömrəli tam orta məktəbində 28 oktyabr 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib.
Modern.az xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqqəlik sükutla yad edildi.
Tədbirdə Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək bildirdi ki,Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası,ölkəmizin hüquqi, demokratik və dünyəvi dövlət kimi inkişafının möhkəm təməlini qoyub.
Bu tarixi sənəd Azərbaycan dövlətçiliyinin əsaslarını müəyyən edərək, vətəndaşların hüquq və azadlıqlarını qorumaqla ölkəmizin sabit və güclü gələcəyinə yol açıb.Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu müdrik siyasi xətt uğurla davam etdirilir.Cənab Prezident İlham Əliyevin liderliyi ilə əldə edilmiş tarixi Qələbə Azərbaycan tarixində əlamətdar bir hadisədir. Bu Qələbə ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün tam bərpası ilə nəticələnmiş, xalqımızın iradəsi və dövlətimizin gücünü bütün dünyaya nümayiş etdirmişdir.Bu Qələbə,həmçinin Konstitusiyamızın bütün ərazilərdə hüquqi qüvvəsinin təsbit olunması və xalqımızın iradəsinin parlaq təntənəsi olaraq dəyərləndirilir.Məktəbin direktoru Ərazi Partiya təşkilatının sədri Həqiqət Şükürova,müəllimlərdən Arif Tağıyev və digərləri çıxış edərək “Konstitusiya və Suverenlik İlinin” əhəmiyyətindən söz açıblar,müstəqil Azərbaycanın hüquqi və siyasi əsaslarının formalaşmasında Ulu Öndər Heydər Əliyev irsinin əvəzsiz rolunu vurğulayıblar.Çıxışlarda həmçinin İkinci Qarabağ müharibəsində əldə olunan tarixi Zəfər və 2023-cü ilin 19–20 sentyabr tarixlərində həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğu,ölkə Konstitusiyasının hüquqi qüvvəsinin bütün ərazilərdə təmin edildiyi xüsusi qeyd olunub.
Sonda YAP sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri və bir qrup partiya fəallarına fəxri fərmanlar təqdim edildi.