Modern.az

Zığ dairəsi-Hava Limanı yoluna birləşdirən yanaşma yolları tikilir - VİDEO

Zığ dairəsi-Hava Limanı yoluna birləşdirən yanaşma yolları tikilir - VİDEO

Aktual

29 Oktyabr 2025, 15:48

Suraxanı rayonunun Bahar və Dədə Qorqud qəsəbələrini Zığ dairəsi–Hava Limanı avtomobil yoluna birləşdirən giriş, çıxış və yanaşma yollarının tikintisi işləri davam etdirilir. Yanaşma yollarının ümumi uzunluğu 1600 metr təşkil edir.

Bu barədə Modern.az-a AAYDA-dan məlumat verilib. 

Bildirilir ki, hazırda layihə üzrə ərazidə yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetirilir.

Layihənin icrası nəticəsində yolboyu hərəkət daha da rahatlaşacaq, yük və sərnişin daşımaları asanlaşacaq, həmçinin Bahar və Dədə Qorqud qəsəbələrinin sakinləri üçün Zığ dairəsi–Hava Limanı yolu ilə birbaşa nəqliyyat bağlantısı təmin ediləcək.

Aparılan bütün tikinti işləri “İnşaat Norma və Qaydaları”na uyğun şəkildə və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hafiz Hacıyev CANLIDA skandal adlar çəkir - Bu şəxslər həbs olunacaq