Modern.az

Cəbrayıl şəhər məscidində eyni vaxtda 615 nəfər ibadət edə biləcək

Cəbrayıl şəhər məscidində eyni vaxtda 615 nəfər ibadət edə biləcək

Aktual

29 Oktyabr 2025, 17:20

Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış proqramı çərçivəsində bərpa və quruculuq işləri geniş vüsət alıb. Yeni-yeni binalar inşa olunur, evlər, məktəblər tikilir, infrastruktur yaradılır. Həmçinin tarixi və dini məkanlar, o cümlədən dağıdılmış məscid və digər dini məbədlər bərpa olunur. Ötən gün - oktyabrın 28-də dövlətimizin başçısı tərəfindən Cəbrayıl şəhər məscidinin təməlinin qoyulması da bu əlamətdar işlərin bir təzahürüdür.

Modern.az xəbər verir ki, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva jurnalistlərə açıqlamasında bildirib.

Qurum rəsmisi bildirib ki, layihəyə əsasən, inşa ediləcək Cəbrayıl şəhər məscidinin ümumi sahəsi 1530 kvadratmetrdən çox olacaq. Məsciddə eyni vaxtda 615 nəfər ibadət edə biləcək. İki mərtəbədən ibarət olacaq binada kişilərin və qadınların eyni anda ibadət etmələri üçün bütün şərait yaradılacaq. Məscidin minarələrinin hündürlüyü 34,2 metr, günbəzin hündürlüyü isə 22,6 metr olacaq.

Cəbrayıl şəhər məscidinin inşası uzun illər işğal altında qalmış rayonda dini və mənəvi həyatın bərpası yolunda atılan mühüm addımdır. İşğaldan əvvəl rayonda 5 məscid, 40-dan çox ziyarətgah və 20-dən artıq tarixi-memarlıq abidəsi mövcud idi. Lakin digər azad edilmiş ərazilərdə olduğu kimi, bu rayondakı bütün tarixi-dini abidələr də vəhşicəsinə məhv edilib.

Torpaqlarımızın azad edilməsindən sonra Azərbaycan dövləti Qarabağın və Şərqi Zəngəzurun tarixi-dini və mədəni abidələrinin bərpası, eyni zamanda, yenilərinin inşası istiqamətində mühüm işlər görür. Bu istiqamətdə görülən işlərə 2017-ci ildə Cocuq Mərcanlı kəndində inşa edilən, Şuşa məscidinin bənzəri olan məscid də bir nümunədir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hafiz Hacıyev CANLIDA skandal adlar çəkir - Bu şəxslər həbs olunacaq