Modern.az

Sabirabada qazın verilməsi dayandırılacaq

Sabirabada qazın verilməsi dayandırılacaq

Aktual

29 Oktyabr 2025, 17:12

Sabirabad şəhərinin bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Modern.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Bildirilib ki, "Sabirabad 1 və 2" ölçü qovşağından qidalanan diametri 315 mm-lik PE "Şəhər Poçt" yeraltı qaz kəmərinin növbədən kənar kipliyin yoxlanılması məqsədi ilə əlaqədar 30.10.2025-ci il saat 10:00-dan etibarən işlər başa çatanadək Sabirabad şəhər mərkəzinin bir hissəsində (ümumi 1921 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.

Sizə yeni x var
Keçid et
Hafiz Hacıyev CANLIDA skandal adlar çəkir - Bu şəxslər həbs olunacaq