Modern.az

İcra başçısının müavinləri də saxlanılıb

İcra başçısının müavinləri də saxlanılıb

Aktual

30 Oktyabr 2025, 11:32

Xəbər verdiyimi kimi, Balakən Rayon İcra Hakimiyyətinin başçısı saxlanılıb.

Korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayevin və bir neçə digər rəsmi şəxsin saxlanıldığı bildirilir.

Modern.az-ın məlumatına görə, saxlanılanlar arasında icra başçısının müavinləri, rayonun baş memarı da var. Bu barədə "report" bildirib.

Onlar korrupsiya cinayətlərində ittiham olunur. Saxlanılan şəxslərin siyahısı hələlik məlum deyil.

Qeyd edək ki, icra başçısının birinci müavini Turan Dibirov, müavinləri Nəzakət Rüstəmova və Mehparə Nuriyevadır. Rayonun baş memarı isə Tahir Rəcəbovdur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV