Modern.az

Ağdərənin Vəngli kəndinə ümumilikdə 329 nəfər köçüb - FOTO 

Ağdərənin Vəngli kəndinə ümumilikdə 329 nəfər köçüb - FOTO 

Aktual

30 Oktyabr 2025, 13:46

Oktyabrın 30-da Ağdərənin Vəngli kəndinə növbəti qayıdış oldu.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, bugünkü köç mərhələsində 38 nəfərdən ibarət 9 ailə kəndə dönüb. Kənddə keçmiş məcburi köçkünlər üçün zəruri infrastruktur tam bərpa olunub. Su, qaz, elektrik enerjisi və internet xidməti fasiləsiz şəkildə təmin edilib. Həmçinin yeni məktəb binası istifadəyə verilib və təhsil müəssisəsində dərs prosesi üçün bütün şərait yaradılıb.

Kənddə həyata keçirilən son mərhələ ilə birlikdə Ağdərənin Vəngli kəndində daimi məskunlaşanların ümumi sayı 329 nəfərə  çatıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya ABŞ-ni də hədələdi - "Poseydon" cəhənnəm yaşadacaq