Modern.az

Zəfər Gününün beşinci ildönümü ərəfəsində şəhid ailələri ziyarət edilib - FOTO

Zəfər Gününün beşinci ildönümü ərəfəsində şəhid ailələri ziyarət edilib - FOTO

Aktual

30 Oktyabr 2025, 13:24

Salyan rayon İcra Hakimiyyətinin (RİH) başçısı Rüstəm Xəlilov bir qrup şəhidlərin ata ocaqlarını ziyarət edərək valideynləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb. Ziyarət zamanı RİH başçısı Rüstəm Xəlilov şəhidlərin ailələrinə başsağlığı verib, Vətənimiz üçün ləyaqətli övlad böyütdüklərinə görə onlara təşəkkür edib, Allahdan rəhmət və səbr diləyib.

Modern.az xəbər verir ki, görüş zamanı RİH başçısı Rüstəm Xəlilov bildirib ki, qısa müddətdə əldə olunan tarixi Zəfər Azərbaycan Ordusunun rəşadəti, xalqın birliyi və Ali Baş Komandanın əzmi nəticəsində qazanılıb. Bu gün Azərbaycan xalqı qətiyyətlə deyə bilər ki, Zəfər Ali Baş Komandanın, dövlətin və xalqın birgə iradəsinin nəticəsidir. Rayon rəhbəri Vətən uğrunda canından keçən şəhidlərin xatirəsini böyük ehtiramla yad edərək, ərazi bütövlüyümüz naminə göstərdikləri fədakarlığı xüsusi vurğulayıb.

Qeyd edib ki, belə görüşlər şəhidlərimizin ruhuna ehtiram, ailələrinə mənəvi dəstək göstərmək və gənclərin qəhrəmanlarımızı daha yaxından tanıması, vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Daha sonra ailə üzvlərinin şəhidlər haqqında xatirələrini dinləyiblər.

Şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, 8 Noyabr – Zəfər Günü ərəfəsində RİH başçısı tərəfindən şəhidlərin ailələrini ziyarətlər müntəzəm olaraq davam etdiriləcəkdir.

Sizə yeni x var
Keçid et
Rusiya ABŞ-ni də hədələdi - "Poseydon" cəhənnəm yaşadacaq