Modern.az

Qanunsuz kömür istehsalı aşkarlandı - Təbiətə 66 min manatlıq ziyan vurulub

Qanunsuz kömür istehsalı aşkarlandı - Təbiətə 66 min manatlıq ziyan vurulub

Aktual

30 Oktyabr 2025, 15:00

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı 2025-ci ilin ötən dövrü ərzində ölkə ərazisində qanunsuz kömür istehsalı ilə bağlı ümumilikdə 218 fakt qeydə alınıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən Modern.az bildirilib ki, tədbirlər zamanı Quba rayonu üzrə 40, İsmayıllı və Qəbələ rayonları üzrə hər birində 38, Qax rayonu üzrə 31, Göygöl rayonu üzrə 30, Oğuz rayonu üzrə 10, Masallı rayonu üzrə 8, Şəki rayonu üzrə 7, Ağsu rayonu üzrə 6, Zaqatala rayonu üzrə 4, Cəlilabad və Lerik rayonları üzrə hər birində 2, Astara və Balakən rayonları üzrə isə hər birində 1 fakt aşkar olunub.

Ümumilikdə, qanunsuz kömür istehsalı ilə bağlı aşkar edilmiş faktlar üzrə 66 600 manat məbləğində cərimə tətbiq olunub, kömür quyuları isə ləğv edilib.

Qanunsuz kömür istehsalı aşkarlandı - Təbiətə 66 min manatlıq ziyan vurulub (FOTOLAR)

Qanunsuz kömür istehsalı aşkarlandı - Təbiətə 66 min manatlıq ziyan vurulub (FOTOLAR)

Qanunsuz kömür istehsalı aşkarlandı - Təbiətə 66 min manatlıq ziyan vurulub (FOTOLAR)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya ABŞ-ni də hədələdi - "Poseydon" cəhənnəm yaşadacaq