Modern.az

UNEC ilə “Rabitəbank” arasında əməkdaşlıq memorandumu imzalandı

UNEC ilə “Rabitəbank” arasında əməkdaşlıq memorandumu imzalandı

Aktual

30 Oktyabr 2025, 16:10

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə “Rabitəbank” ASC arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.

Modern.az xəbər verir ki, UNEC-in rektoru, professor Ədalət Muradov və “Rabitəbank” ASC-nin İdarə Heyətinin sədri Aydın Hüseynovun imzaladığı memorandum universitet-sənaye əlaqələrinin gücləndirilməsi, təhsil və bank sektoru arasında bilik və təcrübə mübadiləsinin genişləndirilməsi məqsədi daşıyır.

Memoranduma əsasən, tərəflər bank sahəsində müasir texnologiyalar və rəqəmsal bankçılıq istiqamətində təcrübə mübadiləsi aparacaqlar, UNEC-in Ömürboyu Təhsil Mərkəzi ilə birgə kommersiya yönümlü təlimlər həyata keçirəcəklər. Bundan başqa, memorandumda tələbələr üçün Rabitəbankda müxtəlif növ təcrübə proqramlarının, o cümlədən istehsalat təcrübələrinin təşkili, birgə layihə, konfrans, təlim və seminarların keçirilməsi, həmçinin bank mütəxəssislərinin UNEC-in tədris prosesinə mühazirəçi qismində cəlb edilməsi əks olunub. Əməkdaşlıq çərçivəsində UNEC-də “Karyera günləri”nin təşkili də nəzərdə tutulub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya ABŞ-ni də hədələdi - "Poseydon" cəhənnəm yaşadacaq