Modern.az

Sərnişin mikroavtobusu ağaca çırpıldı - Xəsarət alan var

Sərnişin mikroavtobusu ağaca çırpıldı - Xəsarət alan var

Aktual

30 Oktyabr 2025, 16:00

Səkidə sərnişin daşıyan mikroavtobus ağaca çırpılıb, xəsarət alan var.

Modern.az-ın məlumatına görə, hadisə Şəki-Baş Zəyzid avtomobil yolunun Orta Zəyzid kəndi ərazisindən keçən hissəsində baş verib.

Rayon sakini 35 yaşlı Famil Məmmədovun idarə etdiyi "Mercedes" markalı sərnişin daşıyan mikroavtobus idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü sükan arxasında sıxılmış vəziyyətdə qalıb.

Əraziyə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub. Sürücü xilas edilərək həkim briqadasına təhvil verilib və Şəki xəstəxanasına yerləşdirilib.

Məlumata görə, qəza zamanı mikroavtobusda sərnişin olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiya ABŞ-ni də hədələdi - "Poseydon" cəhənnəm yaşadacaq