Modern.az

Nəqliyyat sektoruna kreditlər “partladı” - Bir ildə rekord artım

Nəqliyyat sektoruna kreditlər “partladı” - Bir ildə rekord artım

Aktual

31 Oktyabr 2025, 08:21

Azərbaycanda nəqliyyat sektorunun kreditləşdirilməsində kəskin artım müşahidə olunur. Bu ilin oktyabrın 1-nə bu sahəyə yönələn kreditlərin həcmi 1 milyard 784,8 milyon manata çatıb.

 

Modern.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 414 milyon manat və ya 30,2% artım deməkdir ki, bu da bütün sahələr arasında ən yüksək illik artım tempidir.

 

Belə ki, ötən ilin oktyabrın 1-də nəqliyyat sektoruna 1 milyard 370,8 milyon manat kredit ayrılmışdı.

 

Artım bütün dövrlər üzrə davamlı və sürətli olub. Ötən ilin sonuna (1 mlrd. 461,1 mln. manat) nəzərən portfel 323,7 milyon manat (22,2%) böyüyüb. Təkcə son bir ayda isə (sentyabra nəzərən) 164,6 milyon manatlıq (10,1%) kəskin artım qeydə alınıb.

 

Xatırladaq ki, nəqliyyat sektoruna verilən kreditlər ötən ilin eyni dövründə 1 milyard 370,8 milyon manat, ötən ilin sonunda 1 milyard 461,1 milyon manat, bu ilin sentyabrın 1-də isə 1 milyard 620,2 milyon manat idi. (Mənbə: fed.az)

Sizə yeni x var
Keçid et
QIZĞIN DEBAT! Mehdiyev işi hansı gizli sirləri açır?