Modern.az

VHP-nin bölgə təşkilatının sədri vəfat edib

VHP-nin bölgə təşkilatının sədri vəfat edib

Allah rəhmət eləsi̇n

31 Oktyabr 2025, 09:20

Vətəndaş Həmrəyliyi Partiyasının Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Abdulla Abdullayev vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə Partiyanın Mətbuat xidmətindən bildirilib.

Abdulla Abdullayev Milli Azadlıq Hərəkatının ilk iştirakçılarından, Naxçıvanda sovet rejiminə qarşı keçirilən mitinqlərin təşkilatçılarından biri olub.

1988-ci ildən bu yana siyasi proseslərin fəal iştirakçısı olan Abdulla Abdullayev Azərbaycan Xalq Cəbhəsinin Naxçıvan Muxtar Respublika Şöbəsinin qurucu üzvlərindən biri kimi fəaliyyət göstərmişdi.

2008-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının sıralarında fəaliyyət göstərən Abdulla bəy 2010–2014-cü illərdə partiyanın Naxçıvan şəhər təşkilatının sədri, 2014-cü ildən isə Muxtar Respublika Təşkilatının sədri vəzifəsini icra edib.

Allah rəhmət eləsin.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyev işi hansı gizli sirləri açır?