Modern.az

İcra Hakimiyyəti İslam Rzayevi hələ də icra başçısı postunda “görür” - FOTO

İcra Hakimiyyəti İslam Rzayevi hələ də icra başçısı postunda “görür” - FOTO

Aktual

31 Oktyabr 2025, 09:56

DTX-nın korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirdiyi əməliyyat çərçivəsində saxladığı İslam Rzayev dünən ölkə Prezidentinin sərəncamı ilə Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

İslam Rzayev 18 may 2011-ci ildə bu vəzifəyə təyin edilmişdi.

Modern.az xəbər verir ki, İslam Rzayev rəsmi sərəncamla icra başçısı vəzifəsindən azad edilməsinə baxmayaraq, onun adı hələ də Balakən Rayon İcra Hakimiyyətinin saytında qalmaqdadır. Belə ki, İcra Hakimiyyətinin saytındakı oktyabrın 31-nə olan məlumata görə, hələ də rayona dünən həbs olunduqdan sonra vəzifədən çıxarılan İslam Rzayev "rəhbərik edir".

Balakən Rayon İcra Hakimiyyətinin saytının İslam Rzayevi hələ də icra başçısı postunda “saxlaması” onun necə “operativ” işlədyindən xəbər verir.

Whatsapp
Bizə yazın!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyev işi hansı gizli sirləri açır?