 
                                Hökumət strukturu, işsizlik səviyyəsi və digər problemlərin bir çoxu müsətmləkəçiliyin nəticəsi kimi izah edilir. Tarixi aspektdən kənara çıxsaq, kolonial tariximizin yenidən qiymətləndirilməsi həm də siyasi məsələdir. Belçikanın kolonial mirasını qiymətləndirərkən bu yaddaşı kollektiv məsuliyyətə çevirmək barədə düşünmək vacibdir.
Modern.az xəbər verir ki, bu sözləri BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsində layihə üzrə mütəxəssis Jessi Mudiay Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunmuş beynəlxalq konfransda çıxışı zamanı söyləyib.
O bildirib ki, tarixi keçmişi bir kənara qoyaraq, 2025-ci ildə keçmiş müstəmləkəçilərdən nə isə gözləmək artıq köhnəlmiş yanaşmadır. Kollektiv məsuliyyətimiz odur ki, bu gün özümüz üçün nə isə yarada bilək və keçmişdən asılı olmayaraq hərəkət edək.
Məsələn, Braziliya üç əsrdən çox müddətdə Portuqaliya tərəfindən müstəmləkəyə çevrilmişdi, amma bu gün BRICS-in üzvü və regional gücdür. Eynilə Hindistan iki əsr İngiltərənin müstəmləkəsi olub, amma bu gün nüvə gücüdür.