 
                                Azərbaycan musiqi sahəsində xüsusi yeri olan Elmira Allahverdi qızı Rəhimova Bakı Sağlamlıq Mərkəzində müalicə olunur.
Modern.az-ın məlumatına görə, 84 yaşlı Elmira Rəhimovaya Mərkəzin terapiya şöbəsində nevroloq, endokrinoloq konsultasiyasi olunaraq, müvafiq müalicə üsulu təyin edilib.
Mərkəzin peşakar komandası tərəfindən stasionar şəraitdə müalicəsi aparılan pasiyentin vəziyyəti hal-hazırda yaxşıdır və yaxın günlərdə evə buraxılacaq.
Azərbaycan Respublikasının Xalq artisti Elmira Rəhimovanın vəziyyəti ilə daima yaxından maraqlanan Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov pasiyenti ziyarət edib.

