 
                                Gəncədə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Tələbə Gənclər Təşkilatlar İttifaqının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş “GİNius tələbə gənclər kuboku 2025” layihəsi çərçivəsində “Fibonacci” intelektual-əyləncəli oyunun yarım final mərhələsi keçirilib.
“Gənclər Evində” təşkil edilən intelektual-əyləncəli oyunda Gəncə şəhəri ilə yanaşı, Tovuz və Qazax rayonlarını təmsil edən ali və orta ixtisas təhsili müəssisələrinin 9 komandası iştirak edib.
Yarışın sonunda yarımfinal mərhələsində fərqlənən və noyabr ayında Bakı şəhərində keçiriləcək final oyununa vəsiqə qazanan komandalar elan olunub.
Gəncə Dövlət Universitetinin “SSBP” komandası 1-ci, Azərbaycan Texnologiya Universitetinin “DEBP” komandası 2-ci və Azərbaycan Dövlət Aqrar Universitetinin “Zəfər” komandası isə 3-cü yerə layiq görülüb.