Modern.az

Dövlət gənclərə müxtəlif imkanlar yaradır - Nazir

Dövlət gənclərə müxtəlif imkanlar yaradır - Nazir

Aktual

1 Noyabr 2025, 11:05

Dövlətin gənclərə göstərdiyi dəstək olduqca vacibdir.

Modern.az xəbər verir ki, bunu Avrasiya Gənc İş Adamları Forumunda çıxışı zamanı  gənclər və idman naziri Fərid Qayıbov boldirib.

“Azərbaycanda həyata keçirilən gənclər siyasəti haqqında bir neçə fikrimi bölüşmək istərdim. Bilirsiniz ki, bu siyasətin təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün də ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycanda 2 fevral Gənclər Günü kimi qeyd olunur və həmin tarix ərəfəsində Gənclər Həftəsi təşkil edilir. Bu çərçivədə ölkə rəhbəri tərəfindən gənclərlə görüşlər keçirilir, müxtəlif sahələrdə fərqlənən gənclər mükafatlandırılır. Mükafat kateqoriyalarından biri də məhz innovasiya sahəsini əhatə edir.

Eyni zamanda, dövlətin dəstəyi ilə müxtəlif gənclər forumları təşkil olunur. Qeyd etmək istərdim ki, COVID-19 pandemiyası dövründə belə artıq dörd dəfə gənclər üçün forumlar keçirilib. Bu tədbirlər çərçivəsində yarışmalar, müsabiqələr, startap layihələri təşkil olunur və qaliblərə dəstək göstərilir. Onların xaricdə təmsil olunması üçün də imkanlar yaradılır.

Azərbaycanda beynəlxalq forumlar, müsabiqələr mütəmadi şəkildə təşkil olunur”.

Nazir Avrasiya Gənc İş Adamları Forumunun yüksək səviyyədə təşkil olunduğunu qeyd edib:

“Bu gün iştirak etdiyimiz forum da çox yüksək səviyyədə təşkil olunub. Əmək göstərən hər kəsə təşəkkür edirəm. İnanıram ki, bu forum yeni tanışlıqlar və uğurlu nəticələrlə yekunlaşacaq.

Sonda fürsətdən istifadə edərək, həmkarım Osman Aşkın Bakana və Türkiyənin Gənclik və İdman Nazirliyinə bu forumun dəstəklənməsinə görə təşəkkürümü bildirirəm. Hamınıza uğurlar arzulayıram”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ŞOK ZƏRBƏLƏR - Əhali qaranlığa qərq oldu