Modern.az

Zəlzələ nəticəsində Göy məscid də dağılıb - VİDEO

Zəlzələ nəticəsində Göy məscid də dağılıb - VİDEO

Dünya

3 Noyabr 2025, 11:34

Əfqanıstanın şimalındakı Məzari-Şərif şəhərində 6,3 bal gücündə zəlzələ baş verib.

İlkin məlumatlara görə, təbii fəlakət nəticəsində azı 20 nəfər həlak olub, 300-dən çox insan yaralanıb. Rəsmilər ölənlərin sayının artacağından ehtiyat edirlər.

ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, zəlzələnin ocağı yerin 28 kilometr dərinliyində, təxminən 523 min əhalisi olan Məzari-Şərifin yaxınlığında qeydə alınıb. Əfqanıstan Səhiyyə Nazirliyinin sözçüsü Şərfat Zaman bildirib ki, xilasetmə və tibbi qruplar hadisə yerinə göndərilib, bölgədəki bütün xəstəxanalar yaralıları qəbul etməyə hazır vəziyyətə gətirilib.

Zəlzələ, həmçinin paytaxt Kabildə elektrik təchizatını da pozub.

Modern.az-ın məlumatına görə, Bəlx vilayəti administrasiyasının sözçüsü Hacı Zeyd bildirib ki, Məzari-Şərifdə yerləşən məşhur Göy məscidin bir hissəsi dağılıb.

Göy məscid Əfqanıstanda ən qədim və ən yaxşı qorunan dini abidələrdən biridir. Bəzi tarixi mənbələrə görə, məscid Həzrət Əlinin dəfn olunduğu yer hesab olunur. Tikili XV əsrdə inşa edilib və əsrlərdir ölkənin mədəni-simvolik mərkəzlərindən biri sayılır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Prezidentin çıxışı Ermənistanı silkələdi: Sevan yoxdur, Göyçə var!