Modern.az

“Çelsi”nin Bakıda “Qarabağ”la oyunöncəsi mətbuat konfransı olmayacaq

“Çelsi”nin Bakıda “Qarabağ”la oyunöncəsi mətbuat konfransı olmayacaq

Aktual

3 Noyabr 2025, 10:32

UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda “Qarabağ”ın qonağı olacaq İngiltərənin “Çelsi” klubunun Bakıya səfər proqramı bəlli olub.

Bu barədə Modern.az-a Ağdam klubunun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, London təmsilçisi Azərbaycan paytaxtına matçdan 1 gün öncə - noyabrın 4-də gələcək. “Zadəganlar”ın Bakıda oyunöncəsi mətbuat konfransı və açıq məşqi nəzərdə tutulmayıb.

Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” görüşü saat 21:45-də başlayacaq. İlk 3 turdan sonra hər iki komandanın aktivində 6 xal var. Azərbaycan çempionu 13-cü, London klubu isə 11-ci pillədə qərarlaşıb.

Sizə yeni x var
Keçid et
Prezidentin çıxışı Ermənistanı silkələdi: Sevan yoxdur, Göyçə var!