Modern.az

Xırdalandan gələn avtobus niyə gecikir?

Xırdalandan gələn avtobus niyə gecikir?

Aktual

3 Noyabr 2025, 12:28

“Xırdalan şəhəri əhalisinin daşınması üçün pilot layihə - E2 ekspres xəttində 10 ədəd iritutumlu avtobus istismardadır. Pik saatlarında iş elə planlanır ki, nəqliyyat vasitələrinin ardıcıl hərəkəti tənzimlənsin və interval pozulması olmasın. Ləngimə tıxacla əlaqəlidir  Lakin bəzi yerlərdə, xüsusilə, Xırdalanın daxili yollarında, Masazır dairəsində, Beynəlxalq Avtovağzaldan “Şamaxinka” adlanan hissəyədək olan hissədə müşahidə edilən sıxlıq və tıxaclar müəyyən gecikmələrə səbəb olur”.

Bunu Modern.az-a açıqlamasında “Xaliq Faiqoğlu” şirkətinin mətbuat katibi Nizam Rzayev bildirib.

Onun sözlərinə görə, AYNA tərəfindən əvvəldən təyin olunduğu kimi, xətdə 10 avtobus var, azalma yoxdur.

Mətbuat katibi vurğulayıb ki, bu marşrut xəttinin açılması ilə Bakı-Xırdalan istiqamətində fəaliyyət göstərən digər avtobusların işində yüngüllük müşahidə edilir, sıxlıq nisbətən aradan qaldırılıb.

Ekspres xidmət tələb olunan müddətə qədər işləyəcək. 

Cavid Zahidoğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Prezidentin çıxışı Ermənistanı silkələdi: Sevan yoxdur, Göyçə var!