Modern.az

16 mindən çox adama qrip əleyhinə peyvənd vurulub - RƏSMİ

16 mindən çox adama qrip əleyhinə peyvənd vurulub - RƏSMİ

Aktual

3 Noyabr 2025, 15:51

Payız-qış mövsümünün başlanması ilə əlaqədar ölkə ərazisində kəskin respirator virus infeksiyalarının, habelə qripin yayılmasının qarşısının alınması məqsədilə ənənəvi profilaktik və əks epidemik tədbirlər həyata keçirilir.

8 oktyabrdan 2 noyabradək TƏBİB-in tabeliyində olan tibb müəssisələrində ümumilikdə 16 562 nəfər qrip əleyhinə peyvənd olunub.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlardan 0-17 yaş aralığı 2 352 nəfər, 18-59 yaş aralığı 11 364 nəfər, 60 yaş və yuxarı isə 2 846 nəfərdir.

"Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən ölkəyə gətirilən yüksək keyfiyyətli qrip əleyhinə peyvəndlər Fransa istehsalı olan “Sanofi Pasteur” şirkətinə məxsusdur. Qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə rayon mərkəzi xəstəxanalarına, Bakı şəhəri üzrə isə ambulator-poliklinik xidmət göstərən ilkin səhiyyə müəssisələrinə müraciət edə bilər. 

Payız-qış mövsümünün başlanması ilə əlaqədar ölkə ərazisində kəskin respirator virus infeksiyalarının, habelə qripin yayılmasının qarşısının alınması məqsədilə ənənəvi profilaktik və əksepidemik tədbirlər həyata keçirilir",- məlumatda deyilir.

Əlavə olaraq qurumdan verilən məlumata görə, peyvəndlənmə könüllülük prinsipi əsasında aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Prezidentin çıxışı Ermənistanı silkələdi: Sevan yoxdur, Göyçə var!