Modern.az

Baş nazir sahibkarlarla bağlı qərarda dəyişiklik etdi

Baş nazir sahibkarlarla bağlı qərarda dəyişiklik etdi

Aktual

3 Noyabr 2025, 17:10

Nazirlər Kabineti "Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları"nın təsdiq edilməsi haqqında" 21 dekabr 2018-ci il tarixli qərarında dəyişiklik edib.

Modern.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi il ərzində fəaliyyəti göstərmiş sahibkarlıq subyektlərinin işçilərinin orta siyahı sayı barədə məlumatı hesabat ili başa çatdıqdan sonra, real vaxt rejimində Dövlət Statistika Komitəsi deyil, İqtisadiyyat Nazirliyinə ötürəcək. İndiyə qədər məlumat hər il aprelin 20-dən gec olmayaraq Dövlət Statistika Komitəsinə ötürülürdü.

İqtisadiyyat Nazirliyinə tapşırılıb ki, il ərzində fəaliyyəti olmuş, habelə yeni yaradılan və ləğv olunmuş sahibkarlıq subyektlərinin ölçüsünə görə mikro, kiçik, orta və iri sahibkar kateqoriyaları üzrə bölgüsünün bu meyarlara uyğun təşkilini və hesabat ili başa çatdıqdan sonra növbəti il mayın 10-dan gec olmayaraq, real vaxt rejimində işçilərin orta siyahı sayı və illik gəlir göstəriciləri göstərilməklə müvafiq məlumatların Dövlət Statistika Komitəsinə və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri"nə ötürülməsini təmin etsin.

Whatsapp
Bizə yazın!
Keçid et
Prezidentin çıxışı Ermənistanı silkələdi: Sevan yoxdur, Göyçə var!