Modern.az

Nazir müavini “Ookla” şirkətinin vitse-prezidenti ilə görüşüb

Nazir müavini “Ookla” şirkətinin vitse-prezidenti ilə görüşüb

Aktual

3 Noyabr 2025, 17:44

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov “Ookla” şirkətinin Yaxın Şərq və Afrika ölkələri üzrə vitse-prezidenti Tristan Muhader ilə görüşüb.

Bu barədə Modern.az-a Nazirlikdən bildirilib.

Görüşdə “Ookla” şirkətinin İKT sahəsində əməkdaşlıq üçün təklifləri təqdim olunub, 2025-ci ilin iyun ayında Bakıda keçirilən görüş zamanı Nazirlik tərəfindən qaldırılan məsələlər müzakirə edilib.

Həmçinin Azərbaycanda rəqəmsal infrastrukturun inkişafı üzrə görülən işlər, ölkəmizi telekommunikasiya və rəqəmsal infrastruktur investisiyaları üçün daha cəlbedici məkana çevirmək, rəqəmsal iqtisadiyyatın dəstəklənməsi və digər məsələlərə dair fikir mübadiləsi aparılıb. Bildirilib ki, “Ookla” şirkətinin qlobal təcrübəsi və analitik imkanlarının Azərbaycanın bu sahədəki məqsədlərinə töhfəsi araşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Prezidentin çıxışı Ermənistanı silkələdi: Sevan yoxdur, Göyçə var!