Modern.az

Ənvər Paşanın adı Xankəndidə küçəyə verilib

Ənvər Paşanın adı Xankəndidə küçəyə verilib

Aktual

4 Noyabr 2025, 15:25

Xankəndidəki küçələrin birinə Ənvər Paşanın adı verilib.

Modern.az xəbər verir ki, bu barədə İctimai TV məlumat yayıb.

Bildirilib ki, müvafiq qərarla şəhərin mərkəzi küçələrindən biri Ənvər Paşanın adını daşıyacaq.

Qeyd edək ki, Ənvər Paşa Osmanlı dövlətinin böyük ictimai-siyasi və hərbi şəxsiyyətlərindən olub. 1918-ci ildə Azərbaycanın böyük hissəsi məhz Osmanlının hərbi naziri Ənvər Paşanın əmri ilə yaradılıb və Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu tərəfindən erməni-daşnak işğalından azad edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
REGİON ÇALXALANIR! Kritik xəbərdarlıq: İrana hücum olacaq!