Modern.az

"Azercell"in dəstəyilə şəhid övladları üçün İntellektual Marafonunu təşkil edilib

"Azercell"in dəstəyilə şəhid övladları üçün İntellektual Marafonunu təşkil edilib

Aktual

4 Noyabr 2025, 15:30

Zəfər Gününün 5-ci ildönümü münasibətilə 50-yə yaxın şəhid övladı Qubada təlimlərə qatılıb.

1–3 noyabr 2025-ci il tarixlərində “YAŞAT” Fondunun təşkilatçılığı və “Azercell Telekom” MMC-nin dəstəyi ilə Quba şəhərində şəhid övladları üçün 2-ci İntellektual Marafon keçirilib.

Vətən müharibəsində qazanılan Zəfərin beş illiyinə həsr olunan bu təşəbbüs 16–23 yaş aralığındakı 50-yə yaxın şəhid övladını bir araya gətirib. Marafonun əsas məqsədi gənclərin intellektual və sosial bacarıqlarının inkişafına töhfə vermək, eləcə də onların arasında bilik və təcrübə mübadiləsini təşviq etmək olub.

Marafon çərçivəsində Azercell kibertəhlükəsizlik mövzusunda maarifləndirici təlim sessiyası keçirib. Şirkətin mütəxəssisləri gənclərlə rəqəmsal mühitdə təhlükəsiz davranış qaydaları, fərdi məlumatların qorunması və onlayn təhdidlərdən müdafiə yolları barədə biliklərini bölüşüblər. Bu təşəbbüs Azercell-in gənclər arasında rəqəmsal savadlılığın artırılması və təhlükəsiz internet mühitinin formalaşdırılması istiqamətində həyata keçirdiyi silsilə sosial layihələrin davamı olub.

Marafon müddətində müxtəlif intellektual oyunlar, bilik yarışları və əyləncə proqramları təşkil olunub. Qaliblər və bütün iştirakçılar mükafat və hədiyyələrlə təltif edilib.

Sizə yeni x var
Keçid et
REGİON ÇALXALANIR! Kritik xəbərdarlıq: İrana hücum olacaq!