Gəncə şəhəri ərazisində 15 yaşlı oğlan Gəncə çayının dərəsinə düşüb.
Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 2010-cu il təvəllüdlü Quluzadə Davud Sabir oğlu ehtiyatsızlıqdan Gəncə çayının dərinliyi təqribən 10 metr olan dərəsinə sürüşüb düşərək köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrlə vətəndaşı dərədən çıxararaq xilas ediblər.