Modern.az

Cavanşir Feyziyevdən AMEA-nın 80 illik yubileyi münasibətilə təbrik məktubu  

Cavanşir Feyziyevdən AMEA-nın 80 illik yubileyi münasibətilə təbrik məktubu  

Aktual

5 Noyabr 2025, 10:16

Milli Məclisin deputatı Cavanşir Feyziyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli İsa müəllim!

Sizi və Sizin şəxsinizdə Azərbaycan Milli Elmlər Akademiyasının bütün kollektivini elm məbədimiz olan Azərbaycan Milli Elmlər Akademiyasının təsis edilməsinin 80 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.

AMEA yarandığı gündən etibarən ölkəmizin elmi-intellektual potensialının formalaşması və inkişafında müstəsna rol oynamış, milli elmin strateji istiqamətlərinin müəyyənləşdirilməsində, yeni elmi məktəblərin yaradılmasında, yüksək ixtisaslı kadrların hazırlanmasında və beynəlxalq elmi əlaqələrin genişləndirilməsində mühüm nailiyyətlər qazanmışdır. Bu gün Milli Elmlər Akademiyası dövlətimizin elm siyasətinin həyata keçirilməsində fəal iştirak edir, sosial-humanitar tədqiqatların, innovativ yanaşmaların və müasir elmi tendensiyaların inkişafına sanballı töhfələr verir.

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi həm elmi ictimaiyyətin, həm də bütövlükdə ölkə miqyasında elmin və biliyin təntənəsidir.

Əminəm ki, Sizin rəhbərliyiniz altında Akademiya gələcəkdə də milli elmimizin inkişafına, ölkəmizin elmi-mədəni tərəqqisinə və intellektual gücünün möhkəmlənməsinə mühüm töhfələr verəcəkdir.

Sizə möhkəm cansağlığı, elmi fəaliyyətinizdə yeni-yeni nailiyyətlər, ömrünü Azərbaycan elminin çiçəklənməsinə həsr edən AMEA-nın bütün əməkdaşlarına isə davamlı yaradıcılıq uğurları arzulayıram.

Hörmətlə,

Cavanşir Feyziyev,

Milli Məclisin deputatı,

Mahmud Kaşqari adına Beynəlxalq Fondun prezidenti”

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İcra başçıları nəzarətdə - Ölkə üzrə geniş əməliyyat başlayır