Modern.az

Samuxda “Zəfərin əbədi olsun, Azərbaycan!” tədbiri - FOTOLAR

Samuxda “Zəfərin əbədi olsun, Azərbaycan!” tədbiri - FOTOLAR

Aktual

5 Noyabr 2025, 12:36

Samux rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “8 Noyabr–Zəfər Günü”nün 5-ci ildönümünə həsr olunmuş “Zəfərin əbədi olsun, Azərbaycan!” adlı ümumrayon tədbiri keçirilib. 

Modern.az xəbər verir ki, tədbir Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə YAP Samux rayon təşkilatının inzibati binasında keçirilib. 

Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.

Tədbirdə canlarını ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qurban vermiş şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Tədbirdə “Tarixi Zəfər” mövzusunda çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev qeyd edib ki, Müasir Azərbaycan dövləti hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən şanlı günlərini, yeni inkişaf və dirçəliş dövrünü yaşayır. “Dəmir yumruq” kimi birləşmiş Azərbaycan xalqı doğma Qarabağımızın azadlığı uğrunda aparılmış, hər günü qəhrəmanlıq dastanı olan Vətən müharibəsində Böyük Qələbəni müzəffər xalq, qalib dövlət kimi yüksək qürur hissi ilə qeyd edir. Azərbaycanın üçrəngli bayrağı azad edilmiş ərazilərimizdə ucaldılaraq qürurla dalğalanır.   

YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 27 sentyabr 2020-ci il tarixdən başlayaraq 44 gün müddətində torpaqlarımızı işğaldan, düşmən tapdağından azad edib.

Tədbirdə çıxış edən digər natiqlər bildiriblər ki, cənab İlham Əliyevin rəhbərliyi ilə tarixin bu keşməkeşli sınağından üzüağ, alnıaçıq, şərəflə və qürurla çıxan Azərbaycan qələbəmizin rəmzinə çevrilən dəyərlərimizi daha da möhkəmləndirəcək və dünyanın formalaşmaqda olan yeni strateji mənəzərəsində öz mövqeyini daha da gücləndirəcəkdir.

Sonda Zəfərimizin 5-ci illinə həsr olunmuş sənədli film izlənilib.

1475365

1475368

1475364

1475363

14753591475361

 

1475367

14753661475360

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Ramiz Mehdiyevə görə Miilli Məclis buraxılır?